Dövlət qeydiyyatına alınmış və Mediasiya Şurasına üzvlük üçün müraciət etmiş Mediasiya təşkilatlarının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiya tərəfindən Bakı şəhəri, Sabirabad və Tovuz rayonları üzrə fəaliyyət göstərəcək mediasiya təşkilatlarında monitorinq keçiriləcək.

Mediation.az saytı xəbər verir ki, bu barədə Xüsusi Komissiyanın sədri Bəylər Məmişov məlumat verib.

O bildirib ki, Komissiyanın üzvləri Esmira Hüseynova, Mayıl Əhməd, Elçin Həsənov, Anar İsayev, Fərhad Mehdiyev və Mediasiya Şurasının əməkdaşları ilə birgə Bakı şəhərində yerləşən Bakı 8 saylı Mediasiya Təşkilatı, Sabirabad rayonunda yerləşən Sabirabad 1 saylı Mediasiya Təşkilatı və Tovuz rayonunda yerləşən Tovuz 1 saylı Mediasiya Təşkilatının yerləşdiyi qeyri-yaşayış binası, o cümlədən mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şərait ilə videoqəbul və videomüşahidə vasitəsilə tanış olaraq, monitorinq aparacaqlar.

Mediation.az