Qanunvericiliyə əsasən, ailə mübahisələri (nigahın pozulması, aliment tələbi, uşaqların qəyyumluğu və s.), əmək mübahisələri, kommersiya və əmlak mübahisələri üzrə məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesindən keçmək məcburidir. Ailə mübahisələri üzrə bitərəfli qaydada mediasiyaya aşağıdakı qaydada müraciət edə bilərsiniz.

Aşağıda qeyd olunan sənədlərin hər 3-ü elektron poçt (email) yaxud poçt vasitəsilə Mediasiya Şurasına və yaxud Mediasiya təşkilatlarına (Bakı şəhəri üzrəRayonlar üzrə) göndərilir.

1. Qarşı tərəfə göndərilmiş Mediasiya prosesinin tətbiqi barədə təklif;

2. Poçtdan təklifin göndərildiyini təsdiq edən Qəbz;

3. Tərəfin Mediasiya Şurasına İlkin mediasiya sessiyası üçün ərizə.

İzahı:

Bu ardıcıllıqla davam edin.

Mediasiya prosesinin tətbiqi barədə təklif İlkin mediasiya sessiyası üçün ərizəni üzərində tıklamaqla kompüterinizə yükləyirsiniz, hər iki sənədi kompüterdə (yaxud əlyazma ilə) doldurursunuz. Sonra Mediasiya prosesinin tətbiqi barədə təklifi çap edib imzalayaraq poçt vasitəsilə qarşı tərəfə göndərirsiniz. İlkin mediasiya sessiyası üçün ərizəni də çap edib imzalayırsınız. Sonda hər 3 sənədi – Mediasiya prosesinin tətbiqi barədə təklif, İlkin mediasiya sessiyası üçün ərizə və göndərilmə ilə bağlı poçtdan aldığınız Qəbzi (imzalayaraq)“skan” edərk “pdf” formatına çevirərək, email və ya poçt vasitəsilə Mediasiya Şurası və yaxud Mediasiya təşkilatlarına (Bakı şəhəri üzrə və Rayonlar üzrə) göndərirsiniz.

Qarşı tərəfə göndərdiyiniz təklifin çatmasından 10 iş günü (iki həftə) keçdikdən sonra sizə Mediator təyin olunur.

Buradan isə hər iki sənədin – Mediasiya prosesinin tətbiqi barədə təklifin nümunəsi İlkin mediasiya sessiyası üçün ərizənin nümunəsinin doldurulması qaydası ilə bağlı nümunələri yükləyib istifadə edə bilərsiniz.

Qeyd olunan sənədlər sakinlərin yaşadıqları ərazidən asılı olaraq, aşağıdakı 3 kateqoriyalardan birinə göndərilir:

1. Bakı şəhəri və Abşeron rayonu (Bakı şəhərinə daxil olan rayonlar və Sumqayıt şəhəri) sakinləri Bakıda fəaliyyət göstərən (Bakı şəhəri üzrə) 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 və 18 saylı mediasiya təşkilatlarınından birinə göndərir.

2. Gəncə şəhəri, Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Daşkəsən, Samux, Tovuz, Tərtər, Bərdə, Ağdam, Qazax və Ağstafa rayonlarının sakinləri tərəfindən Gəncə 1 saylı mediasiya təşkilatı və ya Gəncə 2 saylı mediasiya təşkilatına; Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarının sakinləri tərəfindən Naxçıvan 1 saylı mediasiya təşkilatına; Cəlilabad, Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının sakinləri tərəfindən Lənkəran 1 saylı mediasiya təşkilatına; Şəki, Mingəçevir şəhərləri, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Qax, Qəbələ, Oğuz, Ucar, Yevlax, Zaqatala, Zərdab rayonlarının sakinləri tərəfindən Şəki 1 saylı mediasiya təşkilatına; Qazax və Ağstafa rayonlarının sakinləri tərəfindən Qazax 1 saylı mediasiya təşkilatına; Cəbrayıl, Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd, Laçın rayonlarının sakinləri tərəfindən Cəbrayıl 1 saylı mediasiya təşkilatına; Ağcabədi, Hacıqabul, İmişli, Saatlı, Sabirabad rayonları və Şirvan şəhərinin sakinləri tərəfindən Sabirabad 1 saylı mediasiya təşkilatına; Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarının sakinləri tərəfindən Tovuz 1 saylı mediasiya təşkilatına; Quba, Qusar, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarının sakinləri tərəfindən Qusar 1 saylı mediasiya təşkilatına; Salyan, Şirvan, Sabirabad, Biləsuvar, Neftçala və Cəlilabad rayonlarının sakinləri tərəfindən Salyan 1 saylı mediasiya təşkilatına; Gəncə şəhəri, Samux, Goranboy və Şəmkir rayonlarının sakinləri tərəfindən Samux 1 saylı mediasiya təşkilatına; Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ağsu və Ucar rayonlarının sakinləri tərəfindən Mingəçevir 1 saylı mediasiya təşkilatına; Naftalan şəhəri, Goranboy, Şəmkir, Bərdə və Daşkəsən rayonlarının sakinləri tərəfindən Goranboy 1 saylı mediasiya təşkilatına; Sumqayıt şəhəri, Qobustan və Şamaxı rayonlarının sakinləri tərəfindən Sumqayıt 1 saylı mediasiya təşkilatına; Yevlax, Ağsu və Ucar rayonlarının sakinləri tərəfindən Yevlax 1 saylı mediasiya təşkilatına; Qəbələ, Oğuz, İsmayıllı və Göyçay rayonlarının sakinləri tərəfindən Qəbələ 1 saylı mediasiya təşkilatına (Rayonlar üzrə) göndərilir.

3. Yuxarıda adları qeyd olunmayan rayonların sakinləri tərəfindən isə Mediasiya Şurasına email (muraciet@mediasiya.gov.az) və ya poçt (Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti 115, Sport Plaza) vasitəsilə göndərilir.

Qeyd 1. Saytda Təşkilatlar və orqanlarMediasiya təşkilatları (Bakı şəhəri üzrəRayonlar üzrə olmaqla) bölməsindən mediasiya təşkilatlarının ünvan və əlaqə vasitələrini götürə bilərsiniz.

Qeyd 2. İlkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (Mediasiya haqqında Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Başqa sözlə, qarşı tərəf hansı rayonda qeydiyyatdadırsa, həmin rayonda yerləşən mediasiya təşkilatına müraciət edilməlidir. Bakı şəhəri üzrə isə istənilən mediasiya təşkilatına müraciət etmək olar.

Xüsusi qeyd. Müraciətin bu üsulu mediasiyaya bitərəfli qaydada (tək) müraciət edənlər üçündür. Əgər hər iki tərəf razılıqla birlikdə mediatora yaxınlaşarsa, mediasiya prosesi dərhal başlamış olur və bu mərhələyə ehtiyac olmur.

Əlavə məlumat üçün bizə müraciət edə bilərsiniz. 

Əlaqə: (+994) 70-311-00-12  (whatsap və zəng vasitəsilə), (+994) 12-490-48-80

Ünvan: Xətai rayonu, Afiyəddin Cəlilov 20, mənzil 72, Bakı, Azərbaycan

Email: info@mediation.az