Vakansiyalar

Tələbələr üçün təcrübəçi (ödənişsiz) Jurnalist vakansiyası

Mediation.az saytının “Xəbərlər” bölümünə (Hüquq, İqtisadiyyat, Dünya və siyasət və Gündəm sahələri üzrə) 3 könüllü tələbə tələb olunur.

Namizədə tələblər:

  • Jurnalistika üzrə təhsil alan və ya gələcək karyerasını jurnalistika sahəsində qurmaq istəyən digər ixtisaslı tələbələr (II, III və IV kurs);
  • İş təcrübəsinə ehtiyac yoxdur;
  • Azərbaycan dilinin qrammatik qaydalarını mükəmməl səviyyədə bilmək;
  • İngilis dilində baza bilikləri olmalı;
  • Office proqramları biliyi;
  • İqtisadi və siyasi sahələrdə baza bilikləri olmalı;
  • İnternet jurnalistikasının, o cümlədən, xəbərlərin yazılması xüsusiyyətlərini başa düşməli;
  • Dünyagörüşə, üslub hissinə, redaktə və ədəbi redaktə bacarığına malik olmalı;
  • İnternetdə məlumat axtarışı panellərini tanımalı və onlardan tam istifadə etməyi bacarmalı;
  • Jurnalistika işinin təşkili prinsipini anlamalı;
  • Aktiv, məqsədyönlü, işini sevən və öyrənməyə hazır olmalı.

Vəzifə öhdəlikləri:

  • Saytın Xəbərlər bölməsi üzrə gündəlik yenilənməni təmin etmək;
  • Saytın Xəbərlər bölməsindəki sahələr üzrə yerli və xarici informasiya mənbələrinin izlənilməsi;
  • Saytın sosial şəbəkələrdəki səhifəsini idarə etmək;
  • Sahələr üzrə məlumatların toplanması, hazırlanması və emalı;
  • Zəruri hallarda müsahibələr hazırlamaq;
  • Xüsusi araşdırma yazıları hazırlamaq;
  • İnformasiya sorğularının tərtib olunması;
  • Zəruri hallarda mətbuat konfransında və digər tədbirlərdə iştirak etmək;
  • Xəbərlərin düzgün təqdim olunmasına dair tələblərin yerinə yetirilməsi.

İş barədə:

  • Məsafədən işləmə;
  • Ayda bir dəfə ofisdə iclasda iştirak etmək və hesabat vermək;
  • Tərəfimizdən təşkil olunan 10 günlük təlimdə iştirak etməli (saytda məlumatların yerləşdirilməsi qaydalarını və məlumat saytları ilə işləmə üsullarını öyrənmək üçün);
  • Könüllülük müddəti 6 aydır, əlavə 1 ilə kimi uzadıla bilər;
  • Könüllülük müddətinin sonunda sertifikat və könüllü Jurnalist kimi işləmə haqda xasiyyətnamə verilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 sentyabr 2022-ci il tarixədək mövzu yerinə “Təcrübəçi jurnalist” yazmaqla, info@mediation.az elektron ünvanına göndərə bilərlər.


Mediation.az