Jurnalist Rüfət Muradlı, Azərbaycan və Yeni Kaledoniya arasında imzalanan sazişə münasibət bildirib.
Sitat:
2024-cü ilin aprel ayının 18-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Yeni Kaledoniya Konqresinin üzvü və Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselin arasında saziş imzalayıblar. Bu sazişə görə Azərbaycan Respublikasının Milli Məclisi Yeni Kaledoniyanın Fransa müstəmləkəçiliyindən azad olmasına dəstək verməli imiş. Amma dünən ikinci tərəf bu sazişdən birtərəfli qaydada imtina etdi, üstəlik Azərbaycan Respublikasını da qınadı. Təəssüf ki, dövlət ağlını ambisiyalar əvəz edəndə mənzərə bundan qeyrisi olmur. Məsələnin siyasi yönünü bir tərəfə qoysaq, hələ işin ən biabırçı tərəfi də budur ki, ölkə parlamentinin sədri bu müqaviləni hansısa ölkənin hansısa adasının hansısa müstəmləkə parlamentinin deputatı ilə imzalayıb. Gerçəkdən ayıb deyilmi ? Bu nəinki hər hansı protokola, heç bir dövlət şüuruna sığan məsələ də deyil. Amma “bizimkilər” etdilər, özü də fəxr sataraq… Sizin dövlət tərbiyənizi nə deyim….