Tanınmış Hüquq Müdafiəçisi Fikrət Cəfərli mediation.az saytına Rusiya-Qərb münasibətləri haqqında maraqlı açıqlamalar verib. Sitat:
Rusiya Qərbin – Avropanın istehsal etdiyi bütün məhsulları, həyatı vacib olan texnologiyasını, təhsilini, tibbini, avtomobilini, geyimini, digər müasir qurğularını və hətta hərbi avadanlığını postsovet məkanına daxil olmasına etiraz etmir. Rusiyanın dərdi, etirazı, Qərbin insan hüquq və azadlıqlarına dair ənənəsini, demokratik seçki formasını postsovet məkanına buraxmaq istəmir və bilir ki, demokratiya, demokratik seçki postsovet məkanına daxil olarsa, genişlənəcək, bu Rusiyaya da sirayət edəcək, tarixdə heç vaxt demokratik olmayan Rusiya çökəcək. Əslində Ukraynada Qəbrlə apardığı müharibənin əsas səbəbi də elə budur. Qərbin məhz Ukraynada Rusiya ilə üz-üzə gəlməsi, açıq savaşa girməsi çox doğru addımdır və bu savaş Ukrayna kimi böyük ölkədə yox, digər başqa postsovet ölkəsindqlamalar bir ə baş versəydi mütləq uduzacaqdı. Bu savaşda kiminsə ağ bayraq qaldırıb təslim olmasından söhbət getmir, söhbət Rusiyanın öz qınına salınmasından gedir. Hesab edirəm ki, Qərb kollektiv şəkildə daha da əzimkarlıq nümayiş etdirsə, buna nail ola bilər. Əks təqdirdə ip də gedəcək, it də gedəcək. Hüquq müdafiəçisi – Fikrət Cəfərli
Həsən Türksoy