Gəncə 1 saylı Mediasiya Təşkilatının fəaliyyəti ilə bağlı statistika açıqlanıb.

Mediation.az saytı məlumat verir ki, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib ki, yanvarın 15-dən etibarən Gəncə 1 saylı Mediasiya Təşkilatında Gəncə, habelə Gəncə şəhərinin inzibati rayonları (Kəpəz və Nizami rayonları), Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Daşkəsən, Samux rayonları da daxil olmaqla vətəndaş müraciətlərinin qəbuluna başlanılıb. Qeyd edilən rayonlar üzrə müraciətlər yalnız Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən aparılır.

N.Adilovun sözlərinə görə, təşkilata daxil olan müraciətlərin sayı artmaqdadır. O, yanvarın 15-dən 26-dək olan müddət ərzində təşkilata ümumilikdə 167 müraciət daxil olduğunu deyib.

“Daxil olan müraciətlərin 161-i ailə, 2-i əmək, 4-ü isə kommersiya mübahisələri üzrə olub”, – deyə sədr qeyd edib.

Qeyd edək ki, təşkilatın təsisçiləri Məmmədova Südabə Oqtay qızı (rəhbər), Ələkbərova Kübra İsmayıl qızı və Seyidli Səadət Mərhəmət qızıdır.

Təşkilatda aşağıdakı mediatorlar fəaliyyət göstərir:
1. Tahirov Anar Fəxrəddin oğlu
2. Həsənov Elçin Vaqif oğlu
3. Hacıyev Anar Fərman oğlu
4. İsmayılov Raul İsa oğlu
5. Süleymanov Vüqar Kazım oğlu
6. Bayramov Vüsal Rafik oğlu

Mediation.az