Niyə mediasiya?

  • Peşəkar mediatorlarımız tərəfindən ən qısa müddətdə mübahisələrinizin münasib qiymətə həll edilməsi.
  • Peşəkar hüquqşünaslarımız tərəfindən hüquqlarınızın operativ, dürüst və vicdanla qorunması.

Bizi seçməklə siz işlərinizin kompleks həllinə nail ola bilərsiniz. Belə ki, komandamız mediatorluq xidmətləri ilə yanaşı, hüquqi xidmətlər də göstərir. Peşəkar mediator və vəkillərimiz mediasiya prosesindən başlamış, məhkəmə və icra proseslərinə qədər təmkinlə sizin xidmətinizdədir.

Nə üçün Məhkəməyə deyil, Mediasiyaya müraciət olunmalıdır?

SƏMƏRƏLİLİK

  • Mediasiyada işlərin əksəriyyətində razılaşma əldə olunur. Əksər mediasiya işləri bir və ya iki görüş ərzində həll olunur.

PROSESƏ NƏZARƏT

  • Siz mübahisənin nəticəsi üzərində nəzarəti saxlayırsınız, yəni nəticə maraqlarınıza uyğun olmasa, heç bir razılığa gəlmədən məhkəməyə müraciət edə bilərsiniz.
  • Siz öz maraq və ehtiyaclarınıza ən uyğun həll yolunu tapırsınız.
  • Mediasiya zamanı əldə olunmuş barışıq adətən könüllü icra edildiyinə görə icra şöbələrinə müraciət etməyə ehtiyac qalmır.
  • Mediasiya müddətində açıqlanmış bütün məlumatlar məxfidir və mediasiya uğursuz olduğu təqdirdə belə həmin məlumatlardan məhkəmədə istifadə oluna bilməz.

VAXTA VƏ XƏRCLƏRƏ QƏNAƏT

  • Siz öz gündəliyinizə uyğun olaraq mediasiya üçün vaxt razılaşdırırsınız.
  • Siz digər xərclərə qənaət etmiş olursunuz.

MÜNASİBƏTLƏRİ VƏ NÜFUZU QORUMAQ

  • Mediasiya zamanı siz digər tərəflə münasibəti qoruya bilərsiniz.
  • Məhkəmə mübahisəsindən fərqli olaraq mediasiyada sizin işgüzar nüfuzunuz daha yaxşı qorunur.
  • Məhkəmə zalından fərqli olaraq, sizin fərdi və qarşı tərəflə birlikdə iştirakınız təmin edilərək, mübahisənizi daha ətraflı anlatmağınıza şərait yaradılır.