Xəbər verildiyi kimi, Naxçıvan Mediasiya Təşkilatı Mediasiya Şurasının üzvlüyünə qəbul edilib.

Mediation.az saytı xəbər verir ki, Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyevin verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası üzrə dövlət qeydiyyatına alınmış Naxçıvan Mediasiya Təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluğunun müəyyən edilməsi üçün yaradılmış xüsusi komissiyanın apardığı monitorinqin nəticələri barədə rəyi Mediasiya Şurasının İdarə Heyətinə təqdim edilib.

Komissiyanın sədri İdarə Heyətinə məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərmək üçün Mediasiya Şurasına müraciət etmiş Naxçıvan mediasiya təşkilatının yerləşdiyi ofisə mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şəraitin monitorinqi həyata keçirilib və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluğu komissiya üzvləri tərəfindən məqsədəmüvafiq hesab edilib.

İdarə Heyətinin üzvlərinin fikirləri, Xüsusi Komissiyanın rəyi nəzərə alınaraq İdarə Heyətinin yekdil qərarı ilə Naxçıvan mediasiya təşkilatının Şuranın üzvlüyünə qəbul edilməsi və bu barədə məlumatın mediasiya reyestrinə daxil edilməsi qərarı verilib.

Mediasiya Şurası, Naxçıvan Muxtar Respublikası üzrə müraciətçilərin nəzərinə çatdırır ki, 1 mart 2022-ci il tarixindən müraciətlərin qəbulu Mediasiya Şurası tərəfindən aparılmayacaq.

Qeyd edilən tarixdən etibarən müraciətlərin yalnız Naxçıvan mediasiya təşkilatı tərəfindən qəbul edilməsi nəzərdə tutulub.

Naxçıvan mediasiya təşkilatının əlaqə vasitələri:

Ünvan: Naxçıvan şəhəri, Azərbaycan küçəsi 53

Mail: yusifhasanov1959@gmail.com

Mediation.az