Mingəçevir şəhəri və Goranboy rayonu üzrə dövlət qeydiyyatına alınmış mediasiya təşkilatlarının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın rəyi Mediasiya Şurasının İdarə Heyətinə təqdim edilib.
Mediation.az xəbər verir ki, bu barədə Şuradan məlumat verilib.
Rəyə İdarə Heyətinin iclasında baxılıb. İdarə Heyətinin üzvlərinin fikirləri, Xüsusi Komissiyanın rəyi nəzərə alınaraq İdarə Heyətinin 6 yanvar 2023-cü il tarixli qərarı ilə Mingəçevir 1 saylı və Goranboy 1 saylı mediasiya təşkilatının Şuranın üzvlüyünə qəbul edilməsi və onlar barədə məlumatların mediasiya təşkilatları reyestrinə daxil edilməsi qərarı verilib.
Beləliklə, Mediasiya Şurası İdarə Heyətinin 6 yanvar 2023-cü tarixli qərarı ilə 7 yanvar 2023-cü il tarixindən etibarən vətəndaşlar Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ağsu və Ucar rayonları üzrə müraciətlərdə Mingəçevir 1 saylı mediasiya təşkilatına, Naftalan şəhəri, Goranboy, Şəmkir, Bərdə və Daşkəsən rayonları üzrə müraciətlərdə isə Goranboy 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Təşkilatların əlaqə vasitələri aşağıda qeyd olunur:
Mingəçevir 1 saylı mediasiya təşkilatının əlaqə vasitələri:
Təşkilat rəhbəri – İsmayılov İsmayıl Seyfullah oğlu
Ünvan: Mingəçevir şəhəri, Nigar Rəfibəyli küç-13/1, 1
Email: mingecevir1saylimt@gmail.com
Tel: +994503508980; +994552540310
Goranboy 1 saylı mediasiya təşkilatının əlaqə vasitələri:
Təşkilat rəhbəri – Tağıyeva Vüsalə Bayram qızı
Ünvan: Goranboy şəhəri V.Bayramov küç 51
Email: goranboy1saylimediasiya@gmail.com
Tel: +994557587070; +994556214422