İndiyədək 37 mediator intizam məsuliyyətinə cəlb olunub.
Mediation.az xəbər verir ki, bu barədə Mediasiya Şurasının yaydığı hesabatda qeyd olunub.
Bildirilib ki, onlardan 7-nin fəaliyyəti 6 ay müddətinə dayandırılıb, 9 mediatorun üzərində töhmət-intizam məsuliyyəti tətbiq olunub, 8 mediatorun isə hərəkətlərində pozuntu olmadığı üçün intizam icraatına xitam verilib.
Hazırda 13 iş üzrə intizam icraatı davam edir.