2022-ci ilin 5 yanvar-5 fevral tarixləri ərzində Mediasiya Şurası və mediasiya təşkilatlarına ümumilikdə 3605 müraciət daxil olub.

Mediation.az saytı xəbər verir ki, bu barədə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov məlumat verilib.

Bildirib ki, müraciətlərdən 3097-i ailə, 355-i kommersiya, 153-ü isə əmək mübahisələrinin payına düşür.

Müraciətlərin statistikası Mediasiya Şurası və təşkilatları üzrə aşağıdakı şəkildə bölünür:

Mediasiya təşkilatları olmayan regionlar üzrə Mediasiya Şurası tərəfindən bölünən işlərin statistikası:

– Ümumi müraciət müraciət: 1535
– Ailə mübahisəsi: 1392
– Kommersiya: 99
– Əmək: 44

Bakı 1 saylı Mediasiya Təşkilatı

– Ümumi müraciət müraciət: 101
– Ailə mübahisəsi: 87
– Kommersiya: 10
– Əmək: 4

Bakı 2 saylı Mediasiya Təşkilatı

– Ümumi müraciət: 239
– Ailə mübahisəsi: 186
– Kommersiya mübahisəsi: 34
– Əmək mübahisəsi: 19

Bakı 3 saylı Mediasiya Təşkilatı

– Ümumi müraciət: 170
– Ailə mübahisəsi: 136
– Kommersiya mübahisəsi: 22
– Əmək mübahisəsi: 12

Bakı 4 saylı Mediasiya Təşkilatı

– Ümumi müraciət: 329
– Ailə mübahisəsi: 258
– Kommersiya mübahisəsi: 55
– Əmək mübahisəsi: 16

Bakı 5 saylı Mediasiya Təşkilatı

– Ümumi müraciət: 461
– Ailə mübahisəsi: 362
– Kommersiya mübahisəsi: 69
– Əmək mübahisəsi: 30

Bakı 6 saylı Mediasiya Təşkilatı (05.01-31.01)

– Ümumi müraciət: 475
– Ailə mübahisəsi: 395
– Kommersiya mübahisəsi: 58
– Əmək mübahisəsi: 22

Gəncə 1 saylı Mediasiya Təşkilatı

– Ümumi müraciət: 295
– Ailə mübahisəsi: 281
– Kommersiya mübahisəsi: 8
– Əmək mübahisəsi: 6

N.Adilov 34 mediatorun intizam məsuliyyətinə cəlb olunduğunu deyib: “Pozuntuya yol vermiş 3 mediatorun fəaliyyəti dayandırılıb. 8 mediatorun üzərində töhmət-intizam məsuliyyəti tətbiq olunub. 7 mediatorun hərəkətlərində pozuntu olmadığı üçün intizam icraatına xitam verilib. 16 iş üzrə isə intizam icraatı davam edir”.

O qeyd edib ki, hazırda Şuraya üzv olan mediatorların sayı 290 nəfərdir: “Onlardan 226 nəfəri aktiv fəaliyyət göstərən mediatorlardır. Mediator kimi fəaliyyət göstərməyənlərin sayı isə 64-dür”.

Sədrin sözlərinə görə, Mediasiya Şurası öz fəaliyyətində şəffaflıq prinsiblərini əsas prioritet kimi seçib: “Şəffaflıq Mediasiya Şurasının ana xəttidir. Şuranın üzvü olan mediatorların və mediasiya təşkilatlarının fəaliyyəti monitorinq edilir və qiymətləndirmə aparılır. Mediasiya Şurası həm mediasiya təşkilatlarından, həm də mediatorlardan şəffaf və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyi davamlı olaraq tələb edir. Aparılan monitorinqlərin nəticələrindən aslı olaraq, fəaliyyətlərində Qanunvericiliyə əməl etməyən təşkilatlar və mediatorlar məsuliyyəti cəlb ediləcək”.

Mediation.az