Mediasiya Şurası mediasiya təşkilatlarına daxil olan müraciətlərin statistikasını açıqlayıb.
Mediation.az-ın Mediasiya Şurasına istinadən verdiyi məlumata görə, 5-10 yanvar tarixlərində Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən mediasiya təşkilatlarına ümumilikdə 308 müraciət daxil olub.
Bunlardan 233-ü ailə, 60-ı kommersiya, 15-i isə əmək mübahisləri üzrə daxil olub.
Müraciətlərin statistikasıtəşkilatları üzrə aşağıdakı şəkildə bölünür.
1 saylı Bakı Mediasiya Təşkilatına ailə mübahisəsi üzrə 1 müraciət daxil olub.
2 saylı Bakı Mediasiya Təşkilatına ümumilikdə 71 müraciət daxil olub. Bunlardan ailə mübahisəsi üzrə 54 iş, kommersiya mübahisəsi üzrə 11 iş, əmək mübahisəsi üzrə 6 iş təşkil edir.
3 saylı Bakı Mediasiya Təşkilatına ümumilikdə 22 müraciət daxil olub. Ailə mübahisəsi üzrə 17 iş, kommersiya mübahisəsi üzrə 3 iş, əmək mübahisəsi üzrə 2 iş təşkil edir.
4 saylı Bakı Mediasiya Təşkilatına ümumilikdə 62 müraciət daxil olub. Bunlardan ailə mübahisəsi üzrə 40 iş, kommersiya mübahisəsi üzrə 18 iş, əmək mübahisəsi üzrə 4 iş təşkil edir.
5 saylı Bakı Mediasiya Təşkilatına ümumilikdə 76 müraciət daxil olub. Ailə mübahisəsi üzrə 60 iş, kommersiya mübahisəsi üzrə 15 iş, mülki mübahisə üzrə 1 iş təşkil edir.
6 saylı Bakı Mediasiya Təşkilatına ümumilikdə 76 müraciət daxil olub. Ailə mübahisəsi üzrə 61 iş, kommersiya mübahisəsi üzrə 13 iş, mülki mübahisə üzrə 2 iş təşkil edir.
Vətəndaş müraciətlərinin statistikası “Mediasiya haqqında” Qanunun tələbləri və fərdi məlumatların məxfiliyinin qorunması şərtilə, Mediasiya Şurası tərəfindən mütəmadi olaraq cəmiyyətə təqdim ediləcək.