Bir müddət öncə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovun təşəbbüsü ilə Mediasiya Şurasının 6 nəfərdən ibarət İşçi qrupu yaradılmışdı.

Mediation.az saytı Mediasiya Şurasına istinadən bildirir ki, rəhbəri Şuranın İntizam Komissiyasının sədri Sima Yaqubovanın olduğu və mediatorlar Natiq Məmmədov, Yusif Həsənov, Əli Adıgözəlov, Bəylər Məmişovdan ibarət İşçi qrupun məqsədi Mediasiya Şurasının gündəlik fəaliyyətinin təşkili, o cümlədən ilkin mediasiya sessiyasının aparılması üçün Şuraya daxil olmuş müraciətlər əsasında mediatorların müəyyən edilməsi ilə bağlı işin koordinasiyası və əlaqələndirilməsi, vətəndaşların müraciətlərinə baxılması və icrasının təmin edilməsindən ibarətdir.

Mediation.az saytının əldə etdiyi məlumata görə, sözügedən işçi qrupun müsbət təcrübəsi nəzərə alınaraq, Mediasiya Şurası üzvlərinin Ümumi Yığıncağının növbədənkənar iclasında qəbul edilmiş qərarların çevik, sistemli və keyfiyyətli icrası məqsədilə yeni işçi qruplar yaradılıb.

Yaradılan işçi qruplar aşağıdakılardır:

– Mediasiya Şurasının maddi texniki bazasının gücləndirliməsi, mediasiya fəaliyyətinin səmərəli və lazımi səviyyədə təşkili, mediatorlara köməklik göstərilməsi, xərclərinin qarşılanması, habelə fəaliyyətə sistemli nəzarətin təmini məqsədilə Azərbaycan Notariat Palatası və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mövcud təcrübəsinə uyğun olaraq müvafiq fondun və xərclərin qarşılanması qaydalarının hazırlanması işçi qrupu:

İşçi qrupun rəhbəri: İbrahimov Taleh Vəli oğlu

Üzvlər: Yəhyayev Murad Yusif oğlu, İsayev Anar Sadiq oğlu

– 5 illik müddət üçün nəzərdə tutulmuş Azərbaycan Respublikasında Mediasiya islahatları üzrə Fəaliyyət Proqramının layihəsinin hazırlanması işçi qrupu:

İşçi qrupun rəhbəri: Əliyev Absələddin Murtuz oğlu

Üzvlər: Həsənov Yusif İbrahim oğlu, Həsənov Cabbar Aydın oğlu

– Mediasiya Şurasının üzvü olan mediatorlar tərəfindən üzvlük haqlarının ödənilməsi üzrə intizamlılığın təmin edilməsi tədbirlərinin hazırlanması üzrə işçi qrupu:

İşçi qrupun rəhbəri: Hüseynova Esmira Hüseyn qızı

Üzvlər: Həsənov Elçin İsrail oğlu, Yusifov Araz Arzu oğlu

N.Adilovun əmrinə əsasən, işçi qruplar bu gündən etibarən fəaliyyətə başlayır.

Mediation.az