Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev ilə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov arasında işgüzar görüş keçirilib.
Mediation.az xəbər verir ki, görüşdə ASA-nın İcraçı direktoru Elmar Mirsalayev Assosiasiya və sığorta sektoru haqqında geniş məlumat verərək yerli sığorta bazarının uğurlarından və gələcək perspektivlərindən danışıb.
Mediasiya Şurasının sədri Nadir Adilov da öz növbəsində həm Şuranın fəaliyyəti, həm də ölkəmizdə tətbiq edilməkdə olan mediasiya sistemi mexanizmi çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
Görüşdə iki qurum birgə əməkdaşlıq istiqamətlərini də müzakirə edərək növbəti mərhələdə sığorta bazarındakı mübahisələrin mediasiya vasitəsilə həlli istiqamətində fikir mübadiləsi aparılıb.