Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva mediasiya sessiyasının hakimlər tərəfindən də həyata keçirilməsini təklif edib.

Mediation.az-ın məlumatına görə, Ombudsman qeyd edib ki, bu təcrübə bəzi ölkələrdə nəzərdə tutulub: “Bu halda hakim mediator qismində çıxış edir və iclas protokolu tərtib olunmur. Həmin təcrübə də öz növbəsində nəzərdən keçirilə bilər”.

Səbinə Əliyeva həmçinin mediasiya sahəsində məlumatlılıq səviyyəsinin artırılması məqsədilə mərkəzdə və regionlarda maarifləndirmə, məlumatlandırma və təbliğat işinin təşkili, maarifləndirici çap materiallarının hazırlanması ilə mediasiyaya marağın yaradılmasını zəruri hesab edir: “Belə ki, insanlar mediasiyanın mübahisələrin məhkəməyədək həllindəki rolunu, üstünlüklərini anlamalı, özləri mediasiyanın keçirilməsində maraqlı olmalıdırlar”.

Mediation.az