“Mobil və rəqəmsal mediasiya quruculuğunda Ədliyyə Nazirliyinin mobil tətbiqlər üzrə mütərəqqi təcrübəsi öyrənilərək tətbiq ediləcək”.
Mediation.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdimat mərasimi keçirilən “e-qanun” mobil tətbiqinin müzakirəsinə həsr edilmiş tədbirdə çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib.
“Mediasiya proseslərinin avtomatlaşdırılması, rəqəmsallaşdırılması və innovasiya yönümlü fəaliyyəti nəzərdə tutulurmu?” sualına cavab verən N. Adilov qeyd edib ki, Mediasiya Şurası vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində rəqəmsal təcrübəni öyrənir və yaxın zamanlarda bu təcrübəni tətbiq etməyi planlaşdırır.
“Məlumat üçün qeyd edim ki, BP şirkəti ilə səmərli əməkdaşlığımız nəticəsində mediasiya proseslərinin avtomatlaşdırılması, rəqəmsallaşdırılması ilə bağlı Mediasiya Şurası tərəfindən layihə icra ediləcək. BP Şirkətinin bizə verdiyi dəstək nəticəsində biz bir çox texniki və proqramlaşdırma yönümlü məsələləri həll edə biləcəyik. Biz fürsətdən istifadə iedib BP Şirkətinə bizə göstərilən dəstək üçün dərin təşəkkür edirik.
BP tərəfindən göstərilmiş layihənin uğurla icra edilməsi sahəsində isə biz Mediasiya Şurası olaraq mütərəqqi təcrübəni öyrənərək tətbiq etməliyik. Bu mütərəqqi təcrübənin isə bizə ən yaxını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hazırlanaraq tətbiq edilən mobil tətbiqlərdir. Biz Ədliyyə Nazirliyinin bu sahədə təcrübəsini öyrənmək və tətbiq etməklə bağlı niyyətimizə çox müsbət yanaşılıb və hətta bizə bu sahədə zəruri metodiki və mələhət dəstəyi də təmənnasız olaraq göstərilib. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mobil tətbiqlər üzrə bir çox işlər görüb ki, bunlar rəqəmsal mediasiya üçün gözəl bir nümunədir. Misal üçün vahid məhkəmə portal, mobil notariat, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysteri, normativ hüquqi aktların vahid internet elektron bazası, icra xidməti və s. Bu misalları sadalamaqda məqsədim ondan ibarətdir ki, əgər biz mobil mediasiya və yaxud da rəqəmsal mediasiyaya bir startap kimi baxsaq, bu startapın ökəmizdə bazasını təşkil edən elektron resurslar Ədliyyə nazirliyi tərəfindən yaradılıb. Dünyada da belədir, əgər bir ideya, bir startap yaranırsa onun uğurlu tətbiqi üçün mütləq bu startapı dəstəkləyən rəqəmsal ekosistem olmalıdır. Bizim uğurumuz isə ondadır ki, bu ekosistem Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb və illərdir ki üzərində təkminləşdirmə işləri gedir”.
N.Adilov qeyd edib ki, rəqəmsal mediasiya ilə bağlı beynəlxalq təcrübə araşdırılarkən məlum oldu ki, ölkəmizdə mediasiyanın rəqəmsallaşması və avtomatlaşdırılması üzrə mühitə təsir edən baza işləri daha güclüdür: “Uğurlu tətbiqlər üçün Ədliyyə Nazirliyi tərəfindən illərdir görülən işlər bizi hətta bir çox ölkələrdən daha öndə olmağa təşviq edəcək. Bir daha qeyd edirəm ki, mediasiyanı rəqəmsallaşdırılması üçün artıq zəruri olan bir çox bazalar, mobil mediasiya tətbiqini dəstəkləyəcək rəqəmsal həllər var. Bu tətbiqlərin proqramlaşdırma xüsusiyyətləri, onların sınaqdan keçirilərək uğurlu alınması sahəsində Ədliyyə Nazirliyi işlər görülüb. Bizim üzərimizə düşən isə mediasiya platformasını qısa zamanda ərzində həm fiziki şəxslər həm də hüquqi şəxslər üçün istifadəçi yönümlü etməkdir. Mediasiya işlərinin rəqəmsallaşdırılması istifadəçilər üçün rahatlıqdan əlavə statistikaların daha dəqiq aparılmasına, mediator və təşkilat arasında iş prosesinin əlverişli təşkilinə və mediatorlarının işlərinin elektron sistem üzərindən optimallaşdırılmasını təmin edəcəkdir”.