Tanınmış hüquqşünas Paşa Səfərov tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun şərhi hazırlanır.

Mediation.az e-huquq.az-a istinadən xəbər verir ki, müəllif bildirib ki, bu ilin sonunadək “Mediasiya haqqında” Qanunun şərhi hazırlanıb kitab formasında çapa veriləcək. Onun sözlərinə görə, kitabda sözügedən qanun normalarının şərhi ilə yanaşı qanunda
olan boşluqlar və bu boşluqların aradan qalxması üçün irəli sürülən təkliflər barədə ətraflı məlumat veriləcək.

Qeyd edə ki, Paşa Səfərov hüquq sahəsinə aid bir neçə kitabın, o cümlədən “İcra haqqında” Qanunun və “İcra məmurları haqqında” Qanunun şərhlərinin müəllifidir.

Mediation.az