Martın 1-dən etibarən Qazax, Ağstafa, Tovuz, Bərdə, Tərtər və Ağdam rayonlarından olan müraciətlərə Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən baxılacaq.

Mediation.az xəbər verir ki, bu barədə Mediasiya Şurasının İntizam Komissiyasının üzvü Mayıl Əhməd məlumat verib.

O bildirib ki, region üzrə ilk mediasiya təşkilatının uğurlu fəaliyyətini, eyni zamanda vətəndaş məmnunluğunu nəzərə alaraq, Qazax, Ağstafa, Tovuz, Bərdə, Tərtər və Ağdam rayonlarından olan mediasiya üzrə müraciətlərin Bakı şəhərində yerləşən Mediasiya Şurası tərəfindən deyil, Gəncə şəhərində yerləşən Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən qəbuluna başlanacağı barədə qərar verilib.

“Hazırda Xüsusi Komissiya tərəfindən mediasiya təşkilatlarının fəaliyyəti ilə bağlı çox ciddi monitorinqlər aparılır. Vətəndaş məmnunluğu və göstərilən xidmətlərin keyfiyyəti öyrənilir. Mediasiya təşkilatları praktikası pilot layihə olaraq özünü doğrultduqdan sonra bütün bölgələr üzrə yaranacaq mediasiya təşkilatları hər biri yerləşdiyi rayon üzrə mediasiya işlərinə baxacaq”, – deyə M.Əhməd qeyd edib

Gəncə 1 saylı mediasiya təşkilatının əlaqə vasitələri:

Ünvan: Gəncə şəhəri, Nizami rayonu, Hüseyn Cavid küçəsi 12.

Telefonlar: +994 22 266 14 66; +994 50 634 16 67; +994 50 753 28 01; +994 55 512 68 19

Mediation.az