Dövlət qeydiyyatına alınmış və Mediasiya Şurasına üzvlük üçün müraciət etmişMediasiya təşkilatlarının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiya tərəfindən Bakı və Lənkəran şəhəri üzrə mediasiya təşkilatlarında monitorinq keçirilib.
Mediation.az xəbər verir ki, Xüsusi Komissiyanın sədri Bəylər Məmişov, üzvləri Esmira Hüseynova, Mayıl Əhməd, Elçin Həsənov, Anar İsayev və Mediasiya Şurasının əməkdaşları Bakı şəhəri, Ziya Yusifzadə küçəsi 133, (Səbail Məhkəməsinin arxası) ünvanında yerləşən 9 saylı Bakı mediasiya təşkilatı və Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən 12 saylı Bakı mediasiya təşkilatının yerləşdiyi qeyri-yaşayış binası, o cümlədən mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şəraitlə əyani şəkildə, Lənkəran şəhəri, Mir Mustafaxan küç. 8 ünvanında yerləşən 1 saylı Lənkəran mediasiya təşkilatının yerləşdiyi qeyri-yaşayış binası və mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şəraitlə isə videoqəbul və videomüşahidə vasitəsilə tanış olaraq, monitorinq aparılıb.
Mediasiya Təşkilatlarının təsisçi-direktorları təşkilatda fəaliyyət göstərəcək mediatorlara müraciət edən vətəndaşlar və mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış işgüzar şəraitlə bağlı, təşkilatda kargüzarlıq işinin qanunvericiliyin tələbinə uyğun qurulması barədə Komissiya üzvlərinə geniş məlumat verib.
Komissiya tərəfindən də ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2019-cu il tarixli, 308 saylı qərarı ilə müəyyən edilmiş ödənişlərləəlaqədar şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi, həmçinin Mediasiya Təşkilatında həyata keçiriləcək mediasiya işləri ilə bağlı kargüzarlığın qanunvericiliyin tələbinə uyğun şəkildə qurulması ilə bağlı təşkilatın təsisçisilərinə müvafiq tövsiyyələr verilib.
“Komissiya tərəfindən təşkilatın ofisinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.3-cü maddəsinin tələbinə uyğunluğu yoxlanılıb və təşkilatın Mediasiya Şurasının reyestrinə daxil edilməsi məsələsinin müzakirəsi ilə bağlı İdarə Heyətinə təqdim olunması üçün rəy tərtib olunub” – deyə Xüsusi Komissiyanın sədri Bəylər Məmişov qeyd edib.