Bakı şəhəri və Qazax, Cəbrayıl rayonları üzrə dövlət qeydiyyatına alınmış mediasiya təşkilatlarının 22 iyul tarixində keçirilən monitorinq nəticələrinə əsasən, Bakı 13 saylı mediasiya təşkilatı, Qazax 1 saylı mediasiya təşkilatı və Cəbrayıl 1 saylı mediasiya təşkilatı Mediasiya Şurasının üzvülüyünə qəbul edilib.

Mediation.az saytı xəbər verir ki, Mediasiya Şurasından verilən məlumata görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın rəyi nəzərə alınaraq, İdarə Heyətinin yekdil qərarı ilə Bakı şəhəri, Qazax və Cəbrayıl rayonları üzrə fəaliyyət göstərəcək mediasiya təşkilatlarının Şuranın üzvülüyünə qəbul edilməsi və onlar barədə məlumatların reyestrə daxil edilməsi qərara alınıb.

Mediasiya Şurası müraciətçilərin nəzərinə çatdırır ki, 26 iyul 2022-ci il tarixindən etibarən Bakı 13 saylı mediasiya təşkilatı, Qazax 1 saylı mediasiya təşkilatı və Cəbrayıl 1 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır.

Qazax rayonu üzrə fəaliyyət göstərəcək olan Qazax 1 saylı mediasiya təşkilatına Qazax və Ağstafa rayonları üzrə vətəndaşlar, Cəbrayıl rayonu üzrə fəaliyyət göstərəcək olan Cəbrayıl 1 saylı mediasiya təşkilatına isə Cəbrayıl, Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd, Laçın rayonları üzrə vətəndaşlar müraciət edə bilər.

Bakı 13 saylı mediasiya təşkilatının məlumatları:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 237a, 4-cü mərtəbə (İran Klinikası ilə üzbəüz, Yasamal ATS-in yanı)

Email: 13mediasiya@gmail.com

Tel: (+994) 99 366 96 26, (+994) 50 366 96 26, (+994) 51 777 96 26.

Qazax 1 saylı mediasiya təşkilatının məlumatları:

Ünvan: Qazax.ş, H.Əliyev prospekti, 76

Email: qazax.mediasya.00@bk.ru

Tel: (055) 784 75 97

Cəbrayıl 1 saylı mediasiya təşkilatının məlumatları:

Ünvan: Biləsuvar rayon 11 saylı Cəbrayıl qəsəbəsi

Email: cebrayil.mediasiya@gmail.com

Tel: (051) 358 48 82, (055) 970 35 88

Mediation.az