Boşanma ilə bağlı mediatora müraciətin sadə izahı

Gəncə 1 saylı Mediasiya təşkilatının yurisdiksiyasına daxil olan rayonlar və Naxçıvan MR istisna olmaqla digər rayonlar üçün;

-aşağıda qeyd olunan sənədlərin hər 3-ü muraciet@mediasiya.gov.az elektron poçt (email) vasitəsilə göndərilir.

1. Qarşı tərəfə göndərilmiş Mediasiya prosesinin tətbiqi barədə təklif;

2. Poçtdan təklifin göndərildiyini təsdiq edən Qəbz;

3. Tərəfin Mediasiya Şurasına Mediasiya üçün müraciət ərizəsi.

İzahı:

Bu ardıcıllıqla davam edin.

Mediasiya prosesinin tətbiqi barədə təklif Mediasiya üçün müraciət ərizəsini üzərində tıklamaqla kompüterinizə yükləyirsiniz, hər iki sənədi kompüterdə (yaxud əlyazma ilə) doldurursunuz. Sonra Mediasiya prosesinin tətbiqi barədə təklifi çap edib imzalayaraq poçt vasitəsilə qarşı tərəfə göndərirsiniz. Mediasiya üçün müraciət ərizəsini də çap edib imzalayırsınız. Sonda hər 3 sənədi – Mediasiya prosesinin tətbiqi barədə təklif, Mediasiya üçün müraciət ərizəsi və göndərilmə ilə bağlı poçtdan aldığınız Qəbzi (imzalayaraq)“skan” edərk “pdf” formatına çevirərək,email vasitəsilə muraciet@mediasiya.gov.az ünvanına göndərirsiniz.

Qarşı tərəfə göndərdiyiniz təklifdən 10 iş günü (iki həftə) keçdikdən sonra sizə Mediator təyin olunur.

Buradan isə hər iki sənədin – Mediasiya prosesinin tətbiqi barədə təklifin nümunəsi Mediasiya üçün müraciət ərizəsinin nümunəsi doldurulması qaydası ilə bağlı nümunələri yükləyib istifadə edə bilərsiniz.

Qeyd: Bakı şəhəri və Abşeron rayonu inzibati ərazi vahidləri üzrə isə Bakıda fəaliyyət göstərən 1, 2, 3, 4, 5, 6, 7, 10 və 11 saylı mediasiya təşkilatlarına müraciət edə bilərlər.

Əlavə məlumat üçün bizə müraciət edə bilərsiniz. 

Əlaqə: (+994) 70-311-00-12  (whatsap və zəng vasitəsilə), (+994) 12-490-48-80

Ünvan: Xətai rayonu, Afiyəddin Cəlilov 20, mənzil 72, Bakı, Azərbaycan

Email: info@mediation.az