Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov BMT-nin İnsan Hüquqlari üzrə Ali Komisarlığının Cənubi Qafqaz Regionu üzrə baş müşaviri Vladimir Şkolnikov və Azərbaycan ofisinin rəhbəri Kamran Bağırovla görüşüb.

Mediation.az xəbər verir ki, görüş zamanı Azərbaycanda aparılan mediasiya islahatları, Şuranın iş prinsipləri, mediatorların və mediasiya təşkilatlarının fəaliyyəti, gələcək planlar barədə qonaqlara məlumat verilib. Eyni zamanda mediasiyanın insan hüquqlarının müdafiəsi mexanizmlərinə müsbət təsirləri müzakirə edilib.

V.Şkolnikov insan hüquqları pozuntularının qarşısının alınması, davamlı sülhün təmin edilməsi və eyni zamanda zorakılığın əsas səbəblərinin aradan qaldırmasının vacibliyini qeyd edib və bildirib ki, bu sahədə mediatorlar geniş biliklərə sahib olmalıdırlar.

Daha sonra qonaqlar Mediasiya Şurasının iş rejimi və ofis şəraiti ilə yaxından tanış olublar.

Mediation.az