Mediation.az saytı 01 iyul, 2021-ci il tarixdə “Beynəlxalq Mediasiya və Dialoq Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Elşən Zöhrab oğlu Orucov tərəfindən yaradılmışdır.
Sayt Azərbaycan Respublikasının Konstitusiyası, Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu, Nazirlər Kabinetinin “Mediatiorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”, eləcə də “Mediasiya Şurası”nın qayda və qərarları, “Beynəlxalq Mediasiya və Dialoq Araşdırmalar Mərkəzi” İB-nin nizamnaməsi, Mediation.az saytının qaydaları və Azərbaycan Respublikasının digər qanunvercilik aktları əsasında öz fəaliyyətini qurur.
Saytımızın məqsədi Azərbaycan cəmiyyəti və onun hüquq elmi üçün yeni olan mediasiya sahəsində beynəlxalq təcrübəni öyrənmək və araşdırmaların aparılması yolu ilə Azərbaycanda dövlət mediasiya siyasətinin həyata keçirilməsi istiqamətində mediasiyanın inkişafına dəstək verməkdir.
Bundan əlavə, saytımız mediasiya haqqında qanunvericilik aktları, mediasiya sahəsində məqalələr və xəbərlərlə izləyicilərimizin xidmətindədir.
Bu gün Mediation.az saytı mediasiya sahəsində ən çox istinad edilən, istifadə olunan və izlənilən ixtisaslaşmış saytdır.
“Beynəlxalq Mediasiya və Dialoq Araşdırmalar Mərkəzi” İctimai Birliyinin loqosunun izahı:
Loqoda əks olunan tünd və açıq göy rənglərdə sağ və sol qanadlar eyni məsələdə fərqli mövqedə olan insanları təmsil edir, həmin insanlardan birinin bədən nahiyəsi, digərinin isə baş nahiyəsi eyni rəngdədir. Bu o deməkdir ki, eyni məsələdə fəqli düşünən həmin insanların daxilində gizlində ortaq mövqeləri də vardır. Eyni rəngdə olan ürək işarəsi isə bizim mediatorların sayəsində həmin şəxslərin ortaq mövqelərini tapıb razılıq əldə etmələrini bildirir. Hər iki tərəfin əlində olan tərəzilər isə bu ortaq mövqenin tərəflər arasında ədalətli şəkildə təmin edilməsidir. Bütün bu işarəri isə sülh simvolu olan zeytun yarpağı əhatə edir ki, bu da prosesin tərəflər arasında sülh ilə bitməsinə işarə edir.
Mediation.az saytını izlədiyiniz üçün hər birinizə təşəkkürümüzü bildiririk.
Bizi izləməkdə davam edin.