Mediasiya Şurası və “Azərbaycan Beynəlxalq Bankı”nın təşkilatçılığı, Azərbaycan Banklar Assosisiasiyasının və Ədliyyə Akademiyasının tərəfdaşlığı çərçivəsində “Bank ilə müştəri arasında yaranan kommersiya mübahisələrinin əsasları” mövzusunda təlim keçiriləcək.

Mediation.az Mediasiya Şurasına istinadən xəbər verir ki, fevralın 25-də təlim zamanı müştərilərlə bağlanmış müqavilələrdən irəli gələn mübahisələr, bank əməliyyatları zamanı yaranan problemlər və.s aktual mövzulara toxunulacaq.

Təlimdə Mediasiya Şurasına üzv olan mediatorlar və Şuranın əməkdaşları iştirak edəcək.

Mediation.az