Bakı şəhəri və Sabirabad rayonu üzrə dövlət qeydiyyatına alınmış 2 mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın apardığı monitorinqin nəticələri barədə rəyi Mediasiya Şurasının İdarə Heyətinə təqdim edilib.

Mediation.az xəbər verir ki, rəyə mediasiya təşkilatlarının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın sədri Bəylər Məmişovun da iştirakı ilə İdarə Heyətinin iclasında baxılıb.

Komissiyanın sədri məruzə edərək bildirib ki, Bakı şəhərində fəaliyyət göstərmək üçün Mediasiya Şurasına müraciət etmiş Bakı 8 saylı və Sabirabad 1 saylı mediasiya təşkilatının yerləşdiyi ofisə mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şəraitin monitoriqi həyata keçirilib və onların “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluğu komissiya üzvləri tərəfindən məqsədəuyğun hesab edilib.

İdarə Heyətinin üzvlərinin fikirləri, Xüsusi Komissiyanın rəyi nəzərə alınaraq İdarə Heyətinin yekdil qərarı ilə Bakı 8 saylı və Sabirabad 1 saylı mediasiya təşkilatının Şuranın üzvlüyünə qəbul edilməsi və onlar barədə məlumatların mediasiya təşkilatları reyestrinə daxil edilməsi qərarı verilib.

Beləliklə, 1 sentyabr 2022-ci tarixindən etibarən vətəndaşlar Bakı şəhəri üzrə müraciətlərdə Bakı 8 saylı mediasiya təşkilatına, Ağcabədi rayonu; Hacıqabul rayonu; İmişli rayonu; Saatlı rayonu; Sabirabad rayonu; Şirvan şəhəri üzrə müracitlərdə isə Sabirabad 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.

Təşkilatların əlaqə vasitələri aşağıda qeyd olunur:

Bakı 8 saylı mediasiya təşkilatının əlaqə vasitələri:
Təşkilat rəhbəri – Əhməd Mayıl Əli oğlu
Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti 114, Sport plaza, blok B, otaq 1006
E-mail: baki8saylimediasiya@gmail.com
Te.l: +994514018707

Sabirabad 1 saylı mediasiya təşkilatının əlaqə vasitələri:

Təşkilat rəhbəri – Ramazanov Musa Təvəkkül oğlu
Ünvan: Sabirabad şəhəri, İlham İsgəndərov küç.9, 2-ci mərtəbə

E-mail: sabirabad1saylımt@gmail.com
Tel.: +994 70 216 17 76+994 55 716 17 76

Mediation.az