Dövlət qeydiyyatına alınmış və Mediasiya Şurasına üzvlük üçün müraciət etmiş Naxçıvan Mediasiya Təşkilatında monitorinq aparılıb.

Mediation.az saytı Mediaasiya Şurasına istinadən xəbər verir ki, bunu Mediasiya Şurasının Xüsusi Komissiyasının sədri Bəylər Məmişov deyib.

O bildirib ki, mediasiya təşkilatlarının reyestrinə daxil edilmək məqsədi ilə Naxçıvan Mediasiya Təşkilatında Xüsusi Komissiya tərəfindən monitorinq aparılaraq və təşkilatın yerləşdiyi ofis, mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şərait videoqəbul və videomüşahidə vasitəsilə araşdırılıb.

“Naxçıvan Mediasiya Təşkilatının rəhbəri Yusif Həsənov təşkilatın gələcək fəaliyyət planı barədə məlumat verərək, tam şəffaf və mediasiya qaydaları əsasında işləyəcəyini bildirib.

Həmçinin Yusif Həsənov təşkilatda təmsil olunacaq 5 mediator barədə məlumatları komissiya üzvlərinin diqqətinə çatdırıb.

Aparılan monitorinqin rəyi Xüsusi Komissiya tərəfindən Mediasiya Şurasının İdarə Heyətinə təqdim edilib.

Şura tərkibində yaradılmış Xüsusi Komissiya tərəfindən Naxçıvan Mediasiya Təşkilatının fəaliyyəti yoxlanıldıqdan sonra heç bir nöqsan aşkar edilməyərək, qanunvericiliyin tələblərinə uyğun fəaliyyətini qurmuş hesab edilib. İdarə Heyətinin qərarı ilə mediasiya təşkilatlarının reyesterinə daxil ediləcək və bundan sonra Şuranın İdarə Heyəti Naxçıvan Muxtar Respublikası rayonlarından daxil olan iş bölgülərinin qeyd edilən təşkilata yönləndirilməsi barədə qərar verəcək”, – deyə Bəylər Məmişov qeyd edib.

Mediation.az