Naxçıvan Ali Məclisinə seçkilərdə YAP mövcud deputatlardan yalnız iki nəfərin: Həbibə Allahverdiyeva və Nazim Məmmədovun namizədliyini irəli sürüb onlar müvafiq olaraq, 19 saylı Babək və 31 saylı Naxçıvan şəhər seçki dairələrindən irəli sürülüb. Bundan başqa, Məclisin yeganə bitərəf deputatı Asim Əliyev və AXCP-dən olan deputat Əhəd Cəfərlidə namizədliyini irəli sürməyib. Ümumilikdə seçkidə üç partiya YAP, AMİP və AğP iştirak edəcək. YAP 45 dairə üzrə heç bir dairədə namizəd çıxarmasa da, 52 YAP üzvü öz təşəbbüsü ilə bütün dairələrdən namizədliklərini irəli sürüb. AMİP Ali Məclisinin sədri Rəşid Bayramov da öz təşəbbüsü əsasında 30 saylı Naxçıvan şəhər yeddinci seçki dairəsindən namizədliyini irəli sürüb. Ağ Partiya isə 40 saylı Saltaq seçki dairəsindən Mətləb Aslanovun namizədliyini irəli sürüb. Namizədliyini irəli sürən 187 namizəddən 133 nəfəri isə bitərəfdir. Namizədlərin partiya mənsubiyyətinə görə sıralanması belədir:

YAP: 52

AMİP: 1

AğP: 1

Qısacası, 45 deputatdan yalnız 2 nəfəri VII çağırış Ali Məclisə namizədliyini irəli sürüb.

Həsən Türksoy