Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən mediatorlar üçün keçirilən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ixtisas artırma kursları başa çatıb.
Mediation.az xəbər verir ki, iyulun 7-də imtahandan uğurla keçən mediatorlara Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov və Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov tərəfindən sertifikatlar təqdim edilib.
Nəzərinizə çatdıraq ki, ümumilikdə 71 nəfər iştirakçının cəlb edildiyi təlimin əsas məqsədi mediatorların ailə və əmək münasibətlərindən irəli gələn mübahisələri üzrə ixtisaslaşmasıdır.