Ailə mübahisələri üzrə

Boşanma ilə bağlı mediatora müraciətin sadə izahı

Aşağıda qeyd olunan sənədlərin hər 3-ü muraciet@mediasiya.org ünvanına elektron poçt (email) vasitəsilə göndərilir.

1. Qarşı tərəfə göndərilmiş Mediasiya prosesinin tətbiqi barədə təklif;

2. Poçtdan təklifin göndərildiyini təsdiq edən Qəbz;

3. Tərəfin Mediasiya Şurasına Mediasiya üçün müraciət ərizəsi.

İzahı:

Bu ardıcıllıqla davam edin.

Mediasiya prosesinin tətbiqi barədə təklif Mediasiya üçün müraciət ərizəsini üzərində tıklamaqla kompüterinizə yükləyirsiniz, hər iki sənədi kompüterdə doldurursunuz. Sonra Mediasiya prosesinin tətbiqi barədə təklifiçap edib imzalayaraq poçt vasitəsilə qarşı tərəfə göndərirsiniz. Mediasiya üçün müraciət ərizəsini də çap edib imzalayırsınız. Sonda hər 3 sənədi – Mediasiya prosesinin tətbiqi barədə təklif, Mediasiya üçün müraciət ərizəsi və göndərilmə ilə bağlı poçtdan aldığınız Qəbzi (imzalayaraq)“skan” edərk “pdf” formatına çevirərək,email vasitəsilə muraciet@mediasiya.org ünvanına göndərirsiniz.

Qarşı tərəfə göndərdiyiniz təklifdən 10 gün keçdikdən sonra sizə Mediator təyin olunur.

Buradan isə hər iki sənədin – Mediasiya prosesinin tətbiqi barədə təklifin nümunəsi Mediasiya üçün müraciət ərizəsinin nümunəsi doldurulması qaydası ilə bağlı nümunələri yükləyib istifadə edə bilərsiniz.

Əlavə məlumat üçün bizə müraciət edə bilərsiniz. 

Əlaqə: (+994) 70-311-00-12  (whatsap və zəng vasitəsilə), (+994) 12-596-69-28

Email: info@mediation.az