3000 Şəhid Məqaləsinin silməsində ittiham olunan Ayxan Zayidzadə Facebook hesabında bunları yazıb.

Sitat:

20 illik həyatımda Azərbaycan üçün etdiyim hər şey bir neçə adamın oturub yaydığı yalanlara görə məhv oldu. Instagramda gələn gedən bu məlumatı paylaşır. Qatil olmaq budur.

İllərdir beş qəpiksiz çalışdım ki, Vikipediya genişlənsin, Azərbaycan dilində məlumat bazası genişlənsin. Bu idi, bu qədər. İnsanları ölüm dərəcəsinə çatdırmaq belədir. İnsanların şəkilləri paylaşıb onlara böhtan atmaq və söymək bu qədər asan imiş Azərbaycanda.

Bu günə qədər Azərbaycanca Vikipediyadan bununla bağlı açıqlama gəlmədi. Sanki mən durub öz kefimdən nəsə etmişəm. Əvəzində pis əməllərinə görə adminlikdən çıxarılmış şəxslər Fəridlə əl bir olaraq daha da yalan danışmağa başladılar. Şəxsi problemlərinə görə yalanlara davam etdilər. Nəticə? Xəbəri olmayan insanlar başladı məni hədəf göstərməyə.

Mən haqsız deyiləm, məni güdaza vermək lazım deyildi.