Mediasiya Şurasında Etika Komitəsinin tərkibi formalaşdırılıb.
Mediation.az saytı xəbər verir ki, bu barədə Mediasiya Şuranın İdarə Heyətinin sədri Nadir Adilov məlumat verib.
N.Adilov qeyd edib ki, komitənin yaradılmasında əsas məqsəd Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Mediatorların peşəkar etik davranış Qaydası”na əsaslanaraq mediatorların etik davranışlarına nəzərət, monitorinq və onların qiymətləndirmənsini həyata keçirməkdir: “Qeyd edim ki, bu qayda “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və peşəkar əsasda mediasiya fəaliyyəti ilə məşğul olan şəxslərin etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir. Təklif edilən namizədlər arasından 2 nəfər Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Mediasiya Şurasının Etika Komitəsinin üzvləri təyin edilib və komitənin sədri təsdiq edilib. İlhamə Həsənova Etika Komitəsinin sədri, Günel Cənnətova isə komitənin üzvü olmaqla ilkin tərkib formalaşıb. 5 nəfərdən ibarət olacaq Komitənin 3 üzvü mediatorlar arasından seçilərək təyin ediləcəkdir”.