İyunun 2-də Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Ukraynadan olan ekspert qrupların iştirakı ilə “Медиация в действии: тренды, риски, возможности” (“Mediasiya: trendlər, risklər, imkanlar”) mövzusuna həsr olunmuş onlayn Beynəlxalq konfrans keçirilib.
Mediation.az xəbər ki, konfransda iştirak üçün qeydiyyatdan keçmək imkanları əvvəlcədən dərc edildiyindən, ekspertlərlə yanaşı tədbirə böyük maraq göstərən 120-dən artıq digər qonaqlar da təmsil olunub.
Rus dilində keçirilən bu tədbirdə Azərbaycan üzrə Mediasiya Şurasını ekspertlər, Mediasiya Şurasının İntizam Komissiyasının üzvü Mayıl Əhməd, Mediasiya Şurasının üzvü, beynəlxalq mediator – milli təlimçi Alidə Mahmudova, mediator Səbirə Şıxəliyeva, Beynəlxalq mediasiya praktikasının öyrənilməsi üzrə İşçi qrupunun rəhbəri Gülnarə Həsənova təmsil ediblər.
Konfrans iştirakçılarının diqqətinə ölkəmizdə mediasiya institutunun inkişafı istiqamətində dövlət dəstəyi və görülən mütərəqqi işlər, qəbul olunan qanunlar və qərarlar barəsində ətraflı məlumat verilib.
Konfrasın moderatorları qismində MDB (Müstəqil Dövlətlər Birliyi) məkanında tanınmış beynəlxalq mediator-təlimçilər olan Liliya Vlasova (Belarus), Anastasiya Prilepova (Belarus), Gulsina Kojoyarova (Qırğızıstan), Elena Stepanova (Belarus), Yekaterina Qamzunova (Belarus), Jandilda Jakupov (Qazaxıstan) təmsil olunublar. 3 saat davam edən konfransın sonunda tematik panellər üzrə Azərbaycan təcrübəsi müsbət dəyərləndirilib. Sonda təşkilatçı və moderotor Liliya Vlasova Azərbaycan Mediasiya Şurasına təşəkkürünü bildirərək tədbirin yekunlaşdığını elan edib.