Aprelin 23-də İntizam Komissiyası tərəfindən keçirilən iclasda şuraya daxil olan şikayətlər və keçirilmiş monitorinq əsasında başlanılan intizam icraatları müzakirə edilib.

Mediation.az xəbər verir ki, Mediasiya Şurası İntizam Komissiyanın üzvü Mayıl Əhmədin məlumat;na əsasən, iclasda İntizam Komissiyasının sədri Sima Yaqubova, üzvləri Bəylər Məmişov, Mayıl Əhməd, Tünzalə Hacıyeva, Gülşən Salmanova, İntizam Komissiyasının katibi Kamil Lətifov və barələrində intizam icraatı aparılan 8 mediator iştirak edib.

Hər bir mediator ayrı-ayrılıqda dinlənilərək, barələrində başlanılan intizam araşdırılması müzakirə edilib və İntizam Komissiyasının rəyi ilə bağlı məlumat verilib.

Daha sonra, İntizam Komissiyası tərəfindən müvafiq rəy yazılaraq İdarə Heyətinə təqdim edilib.

İdarə Heyətinin qərarına əsasən Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinin 16.1.1-ci bəndinə əsasən 4 mediatora xəbərdarlıq edilib, Qanunun 16-cı maddəsinin 16.1.2-ci bəndinə əsasən 3 mediatorun üzərində töhmət-intizam məsuliyyəti tətbiq olunub.

Bir mediator öz ərizəsi ilə üzvlükdən xaric olunub.

Qeyd: Vətəndaşlar mediator və mediasiya təşkilatları barədə təklif və şikayətləri muraciet@mediasiya.gov.az elektron poçt adresinə göndərə bilərlər.

Mediation.az