Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən keçirilən “Mediatorların ilkin hazırlıq kursu”nu müvəffəqiyyətlə bitirmiş 17 mediatora sertifikatlar təqdim olunub.

Mediation.az xəbər verir ki, sertifikatların təqdim etmə mərasimində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov iştirak edib.

Çıxış edən Nadir Adilov mediatorların fəaliyyət prinsiplərindən, intizam və mediatorun etik davranış qaydalarından söz açıb. O bildirib ki, mediatorlar ilə vəkillərin qarşılıqlı və sıx əlaqədə işləməsi və onların əməkdaşlığının nəticəsi özünü barışıq sazişlərinin keyfiyyətinin və həcminin artmasında biruzə verir.

Ədliyyə Akdemiyasının prorektoru Elçin Xələfov çıxış edərək mediatorlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda sertifikatlar təqdim edilib və xatirə şəkillər çəkilib.

Mediation.az